Rusiyanın hərbi zərbələri nəticəsində Ukraynanın şəhərləri elektriksiz qalsa, Rusiya şəhərlərində işıqlar kəsiləcək və  ölkə qaranlığa qərq olacaq.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski yerli mətbuata açıqlamasında deyib. 

"Onlara dedik ki, bizi işıqsız qoymaq istəyirlərsə, biz də bunu edəcəyik. Burada heç bir sirr yoxdur. Düşmən bu müharibənin bahasını hiss etməlidir", - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna Belqorod və Kursk vilayətlərinə hücum həyata keçirir. 

Gülayə Mecid