İsrail əsgərlərinin saxladığı 3 türk millət vəkili Azərbaycana deportasiya edilib.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə mətbuatı məlumat dərc edib.

Bildirilir ki, deputatlar ölkəmizdən Türkiyəyə geri qayıdacaqlar. 

***10:40

İsrail əsgərlərinin saxladığı "Azadlıq donanması"na aid gəmilərdəki Türkiyənin üç deputat oktyabrın 9-da vətənə qayıdacaq.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, İsrail əsgərləri tərəfindən saxlanılan 3 türk deputat hava limanında üçüncü ölkəyə deportasiya olunmalarını gözləyir. Deportasiya nöqtəsi bəlli deyil. Deputatların diplomatlarla əlaqə saxlamasına icazə verilmir və onların deportasiya məntəqəsinin yeri məlum deyil.

Gülayə Mecid