İsrail girovların azad edilməsini ehtiva edən Qəzza sazişi imzalanacağı təqdirdə ABŞ prezidentinin mümkün səfərinə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə İsrail mənbələri bildirib. 

"Tramp böyük nailiyyəti - müharibənin başa çatmasını və Qəzza zolağında girovların azad edilməsini qeyd etmək üçün regiona səfər etmək istəyəcək. Hazırda hər şey Şarm əl-Şeyxdəki (Misir) danışıqların nəticəsindən asılıdır, lakin perspektivlər ümidvericidir", - deyə mənbə qeyd edib.