Yaraqlılar Əfqanıstan sərhədi yaxınlığında Pakistan hərbi karvanına pusqu quraraq, doqquz əsgər və iki zabiti öldürüblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın beş təhlükəsizlik rəsmilərinin məlumatına görə, çoxlu sayda yaraqlının şimal-qərbdəki Kurram rayonunda bombalı hücum həyata keçiriblər. 

 Məlumata görə, hücuma məsuliyyəti yerli Taliban döyüşçüləri öz üzərinə götürüb.