Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında təmaslar oktyabrın 8-dən 10-dək Düşənbədə keçiriləcək tədbirlər çərçivəsində baş tuta bilər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Putin oktyabrın 8-də Tacikistana gələcək. Rusiya liderinin cədvəlinə dövlət səfəri çərçivəsində tədbirlər, həmçinin Mərkəzi Asiya-Rusiya ikinci Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak daxildir. 

"Bu, bütün sammitlərdə görülən işlərin bir hissəsidir", - Kreml sözçüsü Düşənbəyə səfəri zamanı Putinlə digər liderlər arasında ikitərəfli təmasların mümkünlüyü barədə jurnalistin sualına cavabında bildirib.

Onun sözlərinə görə, bura Rusiya və Azərbaycan liderləri arasında təmaslar da daxildir.