Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

"Unikal" xəbər verir ki, Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxundu.

Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla xatırlandı.

Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirildi. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Macar şirkətlərinin Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisində iştirakı vurğulandı.

*** 17:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

*** 13:37

Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

"Unikal" xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.