"Anam qazi olduğu üçün "ASAN Xidmət"də və ümumiyyətlə, hər yerdə növbəsiz keçir".
"Unikal" xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkədə paylaşım edib.
"Hər dəfə növbəsiz keçəndə hamı təəccüblənir. Hər dəfə eyni reaksiya olur. Qazi olduğuna görə təəccüblənmirlər, qadın qazi olduğuna görə təəccüblənirlər" deyən Nura Suri anasının əlillik kağızını da paylaşıb.
Qeyd edək ki, Firəngiz Səttarova veteran, Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir. O həmçinin, uzun müddət Azərbaycan Dövlət Televiziyasında işləyib.
