“Sizin fəaliyyətiniz dövründə biz pedofillərin yüksək vəzifələrə təyin edilməsi hallarının şahidi olmuşuq.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında müxalifət qarşısında çıxış edərkən deyib.
Xatırladaq ki, Ermənistan mətbuatı bundan əvvəl Paşinyanın himayəsində olan Ermənistanın müdafiə naziri Suren Papikyanın azyaşlılar da daxil olmaqla insan alveri ilə məşğul olan kriminal imperiyaya rəhbərlik etdiyi barədə məqalə dərc etmişdi.
