UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyununun biletləri 25 sentyabr, saat 15:00-dan etibarən satışa çıxarılıb.
Klubun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti aşağıdakı kimidir:
Standart: 5, 10, 30, 40, 50, 75 AZN
VIP sektorlar: 150, 200, 250 AZN
VVIP sektorlar: 500 AZN
Qeyd edilib ki, biletlər yalnız iTicket.az mobil tətbiqi üzərindən əldə edilə bilər.
*** 12;40
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”ə qarşı keçirəcəyi oyunun biletləri bu gün satışa çıxarılacaq.
"Unikal" xəbər verir ki, biletlər saat 15:00-dan etibarən iTicket.az saytında satışda olacaq.
VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP
VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu öncəsi stadionda bəzi yeniliklər edilib. Tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.
