"Qiymətləndirməm ondan ibarətdir ki, avqustun 8-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, müxalifət hələ ayın 9, 10, 11, 12-də şokda idi, 13-də isə sülhə qarşı genişmiqyaslı hücuma keçdi".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.
O, ölkədəki müxalifəti bədbəxt adlandırıb: "Çünki sərhəddə heç bir əsgər öldürülmür, başa düşürsünüz? Əsgər öldürülmür, bu da onları bədbəxt edir".
Baş nazir həmçinin qeyd edib ki, yaranmış sülhü qorumağı özünə borc bilir: "Bunun yolu Ermənistan vətəndaşları ilə mümkün qədər çox ünsiyyətdə olmaqdan keçir. Mən o sülhün müəllifi deyiləm, o sülhün müəllifi 2018-ci ilin may ayından hər gün hibrid təbliğat hücumlarına məruz qalan Ermənistan vətəndaşlarıdır. Amma xalqımız daha dözümlüdür. Bu sülhə görə xalqa təşəkkür etmək istəyirəm, onlar bunu qazanıblar".
Ağarza Elçinoğlu











.jpg)





































.jpg)




.jpeg)
