Mayın 31-da Latviyada prezident seçkiləri keçirilib. Üçüncü turda səsvermə nəticəsində hazırkı xarici işlər naziri Edqars Rinkeviç Latviyanın 11-ci prezidenti seçilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb
Onun lehinə 52 deputat səs verib.
Qeyd edək ki, Edqar Rinkeviç “Yeni Birlik” partiyasının siyasətçisidir, 2011-ci ilin oktyabrından Xarici İşlər Naziri vəzifəsində çalışır. Onun prezidentliyə namizədliyi mayın 11-də yekdilliklə Yeni Birlik tərəfindən irəli sürülüb.
Parlamentdə çıxış edən Edqar Rinkeviç ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, həm onu dəstəkləyənlərə, həm də əleyhinə səs verənlərə təşəkkür edib.
Gülayə Mecid




.webp)







.webp)





























.webp)











