UEFA türkiyəli hakim Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni turnirdən kənarlaşdırmağa qərar verib.
Unikal.org xəbər verir ki, buna onların Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Milan" - "Atletiko" oyununda (1:2) səhvə yol vermələri səbəb olub.
Qeyd edək ki, Cüneyt Çakır sözügedən matçın 29-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, "Milan"ın qapısına penalti təyin edib. Abdulkadir Bitigen isə bu oyunda VAR hakimi olub.




.jpg)




.jpeg)
.jpg)
.jpg)

















.jpg)










.jpg)












