Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, Tural adlı şəxs idarə etdiyi "VAZ-2109" markalı avtomobillə Şabran şəhər sakini, 1999-cu il təvəllüdlü Gündüz Heydər oğlu Ziyadovu vurub.
G.Ziyadov onu vuran sürücü tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(report.az)




.jpg)




.jpeg)
.jpg)
.jpg)

















.jpg)










.jpg)












