Yevlaxda baş vermiş ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların adları məlum olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, avtoqəza zamanı ölənlər Bərdə rayonun Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və rayonun Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğludur.
Xəsarət alanlar isə 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.
Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.
***20:08
Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.
Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.
Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




.jpg)




.jpeg)
.jpg)
.jpg)

















.jpg)










.jpg)












