FİFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) fəaliyyətini müvəqqəti dayandırıb.
Unikal.org xəbər verir ki, buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub.
FİFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir.
Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FİFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək.





.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)













.jpg)

