Şri-Lankada koronavirus (COVID-19) yoluxma hallarının artmasından sonra ölkə miqyasında yenidən komendant saatı elan edilib.
Unikal.org Şri-Lanka KİV-ə istinadən xəbər verir ki, Prezident Aparatından verilən açıqlamada bu gün yerli vaxtla saat 20.00-dan mayın 4-ü 05.00-a qədər ölkə daxilində komendant saatları tətbiq ediləcəyi bildirilib.
Belə ki, ada ölkəsində indiyə qədər COVID-19 pandemiyasına yoluxanların sayı 649- çatıb. Şri-Lankada epidemiya səbəbindən 7 nəfər həyatını itirib.
Qeyd edək ki, ölkədə martın 20-dən tətbiq olunmağa başlayan komendant saatı 20 apreldə qismən qaldırılıb. Yoluxma hallarının sayında artım müşahidə edildikdən sonra ölkə daxilində yenidən komendant saatı tətbiq edilməyə başlanılıb.




.jpg)




.jpeg)
.jpg)
.jpg)

















.jpg)










.jpg)












