Almaniyada son 24 saatda COVID-19 səbəbiylə daha 110 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, son sutkada koronavirus pandemiyasından daha 110 nəfər həyatını itirərək, ümumi ölü sayı 5 min 976-ya, ölkədəki yoluxanların ümumi sayı isə 157 min 770-ə çatıb.
Bildirək ki, Almaniyada reanimasiya müalicəsi alan xəstələrin sayı 2 min 425-dir, onlardan 757-i tənəffüs dəstəyinə bağlıdır.
Qeyd edək ki, bu gündən etibarən maska istifadə etmək öhdəliyi ölkə daxilində başlanıb. Maska taxmayanlar bəzi ştatlarda 10 avro, digərlərində isə 150 avro cərimə ediləcəklər.











.jpg)




.jpeg)
































.png)




