Cənubi Amerika ölkəsi Peruda, yeni növ koronavirus (COVID-19) səbəbiylə ölənlərin sayı 634-ə yüksəlib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Peru Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə son 24 saat ərzində COVID-19 nəticəsində ölənlərin sayı 62 nəfərə artaraq 634-ə, yoluxanların sayı 734-ə qədər artaraq 21 min 648-ə çatıb.
Həmçinin də, epidemiyadan sağalanların sayı 7 min 596-a yüksəlib.
Prezident Martin Vizcarra, mətbuata verdiyi açıqlamada mayın 4-dən etibarən fövqəladə vəziyyətdən tədricən çıxmaq istədiklərini ifadə edərək, “Nazirlər Kabinetində hazırladığımız planı müxtəlif sektor nümayəndələri ilə bölüşəcəyik və məqsədimiz fövqəladə vəziyyətdən çıxmaqdır” deyə bildirib.




.jpg)




.jpeg)
.jpg)
.jpg)

















.jpg)










.jpg)












