İstanbulda polis 4 ay izlədiyi qeyri-qanuni mərc oyunları təşkil edən şəxsləri yaxalamaq üçün əməliyyat həyata keçirib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qanunsuz yollarla mərc oyunları həyata keçirən 22 şübhəli şəxs saxlanılıb. Onların qeyri-qanuni yolla qazndıqları pulların fotosunu sosial şəbəkədə paylaşdıqları məlum olub.
Həyata keçirilən əməliyyat nəticəsində müxtəlif ölkələrin külli miqdarda pul vahidləri, qiymətli əşyalar, mobil telefonlar, bank kartları və silah mərmiləri aşkarlanıb.




.jpg)



















































