Masallı rayonunda yanğın hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakininə məxsus tövlədə baş verən güclü yanğın nəticəsində 4 baş iribuynuzlu heyvan yanıb.
Yanğın qısa müddət ərzində yaşayış evinə keçib. Masallı və Lənkəran Yanğından Mühafizə hissələrinin əməkdaşları evin yanmasının qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.












.jpg)



















.jpg)





.jpg)








.jpeg)


.jpeg)


