Heç vaxt banklardan kredit götürməyən Göyçay sakini Ceyhun Yusif oğlu Mirzeyevin yaxın günlərdə adına 08.07.2014-cü il tarixdə 3754 ABŞ dolları kredit götürülməsi və onun bu məsələdən xəbərsiz olması ilə bağlı məlumat vermişdik.
Bu barədə Unikal.org-a hüquq müdafiəçisi Taleh Xasməmmədov açıqlama verərək banka son ödənişin 08.09.2015-ci il tarixdə olduğunu və bu vaxta qədər gecikmə ilə bağlı bir dəfə də olsun Ceyhun Mirzəyevə nə zəng, nə də hər hansı xəbərdarlıq gəldiyini demişdi. Bankın adı da məxfi saxlanılırdı.
Unikal.org-un araşdırmasından sonra məlum oldu ki, vətəndaşa qarşı dələduzluq etmək istəyən maliyyə qurumu "Dəmirbank" ASC-nin Göyçay filialı olub.
Belə ki, məsələ ictimailəşəndən sonra Ceyhun Mirzəyev banka dəvət olunaraq, ona bu məsələnin texniki səhv olduğu bildirilib. Eyni zamanda onun sorğusuna rəsmi olaraq ""Dəmirbank" ASC-yə hər hansı bir kredit borcunuz yoxdur-deyə cavab verilib.
Məsələyə "Dəmirbank"dan münasibət öyrənməyə çalışdıq. Günün müxtəlif saatlarında bir neçə dəfə bankla əlaqə saxlamağımıza baxmayaraq, telefona cavab verən xanım əməkdaşı işçilərin iclasda olduğunu bildirdi.
Həsən Babayev









.jpg)





































.jpg)




.jpeg)


