Azərbaycanın 5 rayon və şəhərində səyyar protez-ortopedik
bərpa xidməti təşkil ediləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Neftçala, Salyan, Hacıqabul, Sabirabad rayonlarında və Şirvan şəhərində davam etdiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyulun 8-də saat 9.00-dan 12.00-dək Neftçala rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında və saat 13.00-dan 18.00-dək Salyan rayon ƏSMM-nin inzibati binasında, iyulun 9-da saat 9.00-dan 13.00-dək Hacıqabul rayon ƏSMM-nin inzibati binasında və saat 14.00-dan 18.00-dək Şirvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. Növbəti gün, iyulun 10-da isə saat 9.00-dan 16.00-dək Sabirabad rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında bu təbəqədən olan şəxslərə protez-ortopedik bərpa xidməti göstəriləcək.
Onlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin ediləcəklər.
Digər Xəbərlər
2026-04-26 09:47:21
2026-04-26 09:32:52
2026-04-26 00:50:00
2026-04-26 00:16:42
2026-04-25 23:51:06
2026-04-25 22:09:32
2026-04-25 20:40:16
2026-04-25 20:00:00
2026-04-25 19:33:38
2026-04-25 18:59:15
2026-04-25 18:00:00
2026-04-25 17:26:29
2026-04-25 17:10:00
2026-04-25 15:40:00
2026-04-25 15:15:00
2026-04-25 15:08:51
2026-04-25 14:56:03
2026-04-25 14:43:02
2026-04-25 14:28:10
