UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşıb.
İstanbul təmsilçisi rəqibini neytral meydanda – Gürcüstanın Batumi şəhərində qəbul edib.
Görüş Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçirilib. Bakı vaxtı ilə saat 21:45-də başlayan matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edib. Ona həmyerliləri Viktor Skitte və Steffen Bramsen kömək ediblər.
Gərgin keçən qarşılaşmada sevinən tərəf "qara qartallar" olub. "Beşiktaş" rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu nəticədən sonra Türkiyə klubu 10 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aktivində 1 xalı olan "Hapoel" isə 33-cü sıradadır.










.jpg)



.jpg)




.jpg)



.jpg)


.png)

.jpg)






.jpg)

.jpg)













