Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.

Bu barədə "Unikal"a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yer səthindən 18 kilometr dərinlikdə qeydə alınan zəlzələnin maqnitudası 4,3 olub.

Zəlzələ episentrdə 4 bal, episentrə yaxın rayonlarda 3 bala qədər hiss olunub.

*** 20:57

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ hiss olunub.