Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Changan" və "AZSamand" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar - 1982-ci il təvəllüdlü Qənbərov Mehman Qənbər oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Anar Asəf oğlu, 1988-ci il təvəllüdlü Şirinov Seyhun Əsəd oğlu, 1991-ci il təvəllüdlü Qənbərzadə Nərmin İsmayıl qızı və 1990-cı il təvəllüdlü Qənbərova Nuranə Hidayət qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.



.jpg)


.jpg)




.jpg)



.jpg)


.png)

.jpg)






.jpg)

.jpg)





















