Məşhur aktyor Mehmet Günsür 63-cü Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalına italyan həyat yoldaşı Katerina Mongio ilə qatılıb.
"Unikal" xəbər verir ki, Günsür festivalda media mənsublarının sualarını cavablandırıb və bəzi açıqlamalar verib. Mongio ilə kameralar qarşısına çıxan aktyor sosial mediada diqqət çəkib.
Belə ki, bəzi istifadəçilər aktyorun həyat yoldaşının ondan daha qoca göründüyünü yazıblar. Çox keçməyib ki, məşhur aktyor həyat yoldaşı haqqında edilən mənfi şərhlərə, "Şərhlərə əhəmiyyət vermirəm. Hər kəs istədiyini deyə bilər", - deyə cavab verib.
Qeyd edək ki, aktyor 2006-cı ildə rejissor Katerina Mongio ilə evlənib. Uzun müddətdir İtaliyada yaşayan cütlüyünün - Əli, Maya və Xloe adlı övladları var.
İyul ayında 20-ci evlilik ildönümünü qeyd edən Mehmet Günsür həyat yoldaşına olan sevgisini "Onu tapdığım üçün özümü çox şanslı hiss edirəm. Onunla hər gün 10 dəfə evlənə bilərdim" sözləri ilə ifadə etmişdi.







.webp)





































_1793367725.jpeg)
.webp)



