Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko Pekində Çin Xalq Siyasi Məşvərət Şurasının rəhbəri Van Huninq ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Çin liderləri ölkələr arasında əməkdaşlığı "misilsiz yüksək səviyyəyə" çatdırıblar.

Matviyenko bildirib ki, "Onlar müntəzəm olaraq görüşürlər; bu il artıq iki dəfə görüşüblər və yaxın günlərdə Şençjendə keçiriləcək APEC sammitində yenidən görüşəcəklər".