24 oktyabrda Barselonada baş verən iğtişaşlar nəticəsində şəhər əmlakına dəyən ziyan 36.000 avro təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə şəhər meri Jaume Kolboni yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, iğtişaşlar zamanı 128 nəfər saxlanılıb, onların 56%-i yetkinlik yaşına çatmayanlar olub.
Kolboni vurğulayıb ki, iğtişaşlarda iştirak edən yetkinlik yaşına çatmayanların valideynləri dəymiş ziyanı ödəməli olacaqlar.
Oktyabrın 24-də Barselonada etirazlar iğtişaşlara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib.




































.png)













