Braziliya prezidentliyinə namizəd Flavio Bolsonaro seçkilərin nəticələrini tanımaqdan imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

"Bu gün baş verənlər qəbuledilməz idi. Tarixdə ilk dəfə olaraq seçki prosesinin qaydaları qələmin hərəkəti ilə dəyişdirildi", - deyə siyasətçi məhkəmə orqanlarının səsvermə müddətini iki saat uzatmaq qərarını şərh edərkən bildirib. Bolsonaronun sözlərinə görə, seçkilər ləğv edilməlidir. 

Namizəd qeyd edib ki, "belə bir nəticəni qəbul etmək mümkün deyil".

Seçki komissiyasının məlumatına görə, Lula da Silva ilk turda məğlub olub, lakin o ikinci turda qalib gəlib.  

Qeyd edək ki, F. Bolsonaro Braziliyanın 38-ci prezidenti Jair Bolsonaronun oğludur.