İsrail Baş Qərargah rəisi Eyal Zamir Baş nazir Benyamin Netanyahunun İrana qarşı hərbi əməliyyat əmri vermək cəhdinə qarşı çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə "Channel 12" məlumat verib.
Məlumata görə, general 27 oktyabrda keçiriləcək İsrail parlament seçkilərindən əvvəl İrana zərbə endirməyə təcili ehtiyac görmür. Zamir baş nazirdən bu addımın hüquqi əsaslandırılmasını əks etdirən yazılı sənəd təqdim etməsini tələb edib.
Kanal qeyd edir ki, İsrail hərbi komandanlığı siyasətçilərin İran məsələsindən öz siyasi maraqları üçün istifadə etməyə çalışmalarından narahatdır.
Gülayə Mecid















.png)



































