Xəbər verdiyimiz kimi, Hafiz Mahir oğlu İsmayılbəyli yenidən 7 il müddətinə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.
"Unikal"ın məlumatına görə, Hafiz İsmayılbəyli 1992-ci il yanvar ayının 22-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetini iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr pilləsini bitirib.
2014-cü ildən əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsində mühasib kimi başlayıb. 2015-2018-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsində mütəxəssis, aparıcı mütəxəssis və rəis vəzifələrində çalışıb.
2016-2018-ci illərdə Naxçıvan Dövlət Texniki Kollecində “bank işi” ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 2018-2019-cu illərdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan MR üzrə idarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 22 oktyabr tarixli 1679-VQR nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdi.
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.
Anar Kəlbiyev



.png)
.jpg)
.webp)










.webp)



























.jpeg)







