Kanada hərbi bazasında təxminən 40 əsgərin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnən yanğın qumbara atma təlimi nəticəsində baş verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu briqada generalı Vanessa Hanrahan deyib.
Onun sözlərinə görə, yanğın avtomatik qumbaraatanlardan istifadə üçün təlim poliqonunda başlayıb.
Daha əvvəl 18 oktyabr tarixində Kanadadakı Ueynrayt hərbi bazasında baş verən yanğın nəticəsində 39 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Hadisə nəticəsində ən azı yeddi nəfər həlak olub.
Ueynrayt Hərbi Bazası Kanadanın ən işlək hərbi təlim bazalarından biridir və əsasən əsgərlərin təlimi və bölmələrin döyüş əməliyyatlarına hazırlanması üçün istifadə olunur.
Gülayə Mecid











.webp)



























.jpeg)













