"Xalq Bank" beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək SOCAR-ın törəmə şirkəti olan SOCAR Türkiyənin xeyrinə təşkil olunmuş 1,6 milyard ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit layihəsində iştirak edib.

"Unikal" xəbər verir ki, "First Abu Dhabi" Bank (FAB) və Mizuho Bankın təşkilatçılığı ilə həyata keçirilən layihəyə dünyanın müxtəlif regionlarını təmsil edən 22 bank qoşulub.

Layihə SOCAR Türkiyənin mövcud kredit öhdəliklərinin daha əlverişli şərtlərlə yenidən maliyyələşdirilməsinə və şirkətin maliyyə strukturunun optimallaşdırılmasına xidmət edir.

"Xalq Bank" beynəlxalq layihələrində iştirakı ilə qlobal maliyyə institutları ilə tərəfdaşlıq əlaqələrini genişləndirir və regional maliyyə bazarlarındakı mövqeyini möhkəmləndirməyə davam edir.