Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində yeni svetoforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud svetofor obyektləri və dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, görülən işlər çərçivəsində Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində yeni svetoforlar quraşdırılıb. Qeyd olunan kəsişmədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq və qəza riskləri nəzərə alınaraq, Mərkəzin əməkdaşları tərəfindən simulyasiya proqramından istifadə edilməklə təhlillər aparılıb.
Nəticədə kəsişmədə 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb. Bununla da Atatürk və Ziya Bünyadov prospektləri, habelə digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin kəsişməyə daxil olması daha təhlükəsiz olub. Eyni zamanda, piyadaların da kəsişmədə nizamlı hərəkəti təmin olunub.









.jpeg)


.jpg)




































