Misli Premyer Liqasının VII turunun "Neftçi" – "Sabah" oyununda azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Neftçi" komandası 5000 manat cərimə edilib.

"Unikal" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin sözügedən görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah" komandası 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 9-da keçirilən "Araz-Naxçıvan" – "Kəpəz" matçında hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" komandası 2000 manat cərimələnib.

Oktyabrın 11-də gerçəkləşən "İmişli" – "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə "İmişli" klubu 2500 manat cərimə edilib.