MDB sammitində çıxış edən İran prezidenti Məsud Pezeşkian təşkilatla Tehran arasında əməkdaşlığı inkişaf etdirmək üçün "MDB+1" formatının yaradılmasını təklif edib. 

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, İran özünü regionun bir-biri ilə əlaqəli coğrafiyasının təbii bir hissəsi kimi görür və bu əlaqə təkcə coğrafi xarakter daşımır, həm də tarix, mədəniyyət və xalqlar arasında təmaslara əsaslanır.

İran prezidenti ilk dəfə qatıldığı MDB sammiti zamanı bildirib ki, "İran "MDB ölkələri üstəgəl İran" və ya "MDB+1" formatında dialoq və əməkdaşlıq üçün çevik və effektiv mexanizm yaratmağı təklif edir".

O əlavə edib ki, bu, tranzit, enerji, ticarət, mədənçilik, investisiya, texnologiya, su ehtiyatları və ətraf mühitin mühafizəsi, turizm, eləcə də elmi və mədəni əlaqələr kimi sahələrdə birgə işlərin inkişafına imkan verəcək.