Ukrayna Silahlı Qüvvələri Komi Respublikasının Uxta şəhərinə hücum edib. Dron hücumlarından sonra ərazidə partlayışlar və atəş səsləri eşidilib.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücumlarda "Lukoil-Uxta" Neft Emalı Zavodu zərbə alıb. 2025-ci ildə zavod təxminən 3 milyon ton neft emal edib ki, bu da Rusiyanın ümumi neft emalının 1,1%-ni təşkil edir. Zavod benzin və dizel yanacağı, eləcə də soba yağı və vakuum qaz yağı istehsal edir.




.jpg)












































