Kiyev bölgəsinin bir hissəsində təcili elektrik kəsintiləri qeydə alınıb. 

"Unikal" xəbər verir ki, təcili kəsintilər "Ukrenergo"nun (Ukraynanın dövlətə məxsus elektrik ötürücü sistem operatoru, - red.)  əmri ilə həyata keçirilib.

"Kiyevin Sağ Sahilində, eləcə də Kiyev vilayətinin Buça və Vışqorod rayonlarında: "Ukrenerqo"nun əmri ilə təcili elektrik kəsintiləri tətbiq edilib", - deyə açıqlamada bildirilir.

Eyni zamanda, Kiyevin bir neçə ərazisində elektrik kəsintisinə görə bəzi ictimai nəqliyyatın hərəkəti dayandırılıb.  Məhdudiyyətlər Rusiyanın enerji infrastrukturuna zərbələrinin nəticələri ilə bağlıdır.

Gülayə Mecid