Rusiyanın Ussuriysk şəhərinin meri Yevgeni Korj vəzifəsindən istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə Şəhər Dumasının qərar layihəsində bildirilib.

Korj Regional Hökumətin nümayəndəsinin müavini vəzifəsinə keçirilib. Bu vəzifədə o, Primorsk diyarının daxili və informasiya siyasətinə, eləcə də tikinti işlərinə nəzarət edəcək.

Mer müavini vəzifəsində çalışmış Maqomed Terçiyev Ussuriysk meri vəzifəsinin icraçısı təyin edilib.

Yevgeni Korj 2014-cü ildən Ussuriyskə rəhbərlik edir.

Ağarza Elçinoğlu