İlin əvvəlindən bəri Avropa İttifaqı ölkələrində qazın qiyməti 140% artıb.

"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda keçirilən Avropa Parlamentinin iclasında səsləndirib.

Onun sözlərinə görə, buna baxmayaraq, Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiyadan qaz alışının tamamilə dayandırılmasını tələb etməkdə davam edir və Aİ-nin qaz idxalı prosesini mərkəzləşdirərək nəzarətə götürmək niyyətindədir.

Komissiya sədri qeyd edib ki, əvvəlki dövrlə müqayisədə bir molekul belə artıq qaz idxal edilmədiyi halda, Aİ qaz idxalı üçün 2025-ci illə müqayisədə 100 milyard avro daha çox vəsait ödəyib. Əslində, "Eurostat"ın məlumatlarına görə, ilin ilk doqquz ayı ərzində Avropa ölkələri tərəfindən həyata keçirilən qaz idxalı 2025-ci illə müqayisədə 5%-dən çox azalıb.

"Bu qiymətlərin təsirini hamımız hiss edirik. Bizneslər təzyiq altındadır, insanlar hesabları ödəməkdə çətinlik çəkirlər və qış yaxınlaşdıqca vəziyyət daha da pisləşə bilər", - deyə diplomat əlavə edib.

O, yaşıl və nüvə enerjisi istehsalına investisiyaların artırılmasına və Rusiyadan qaz alışının azaldılmasına çağırış edib. Onun sözlərinə görə, Rusiyadan qaz idxalı müharibənin əvvəlindəki ümumi Avropa idxalının 45%-i səviyyəsindən hazırda 12%-ə enib: "Aİ gələn ilin sonuna qədər bu göstəricini sıfıra endirəcək".

Ağarza Elçinoğlu