Fizika üzrə Nobel mükafatının laureatı elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Nobel Prize" sosial şəbəkə hesablarında məlumat dərc olunub.

2026-cı il üzrə fizika sahəsində Nobel mükafatı belçikalı-amerikalı fizik Fransis Haltsenə veriləcək . Alim “IceCube neytrino rəsədxanasının fəaliyyətinə həlledici töhfəsinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Nobel mükafatı laureatlarının təltifetmə mərasimi dekabrın 10-da İsveçin Stokholm şəhərində keçiriləcək.