Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəni çöküb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. 

Polisin məlumatına görə, bu həftənin əvvəlində eyni rayonun Samti rayonundakı başqa qızıl mədənində iki gün qalmış 10 mədənçi xilas edilib.

Dəmir filizi, mis, qurğuşun, sink, qızıl, kömür və qiymətli daşların geniş şəkildə çıxarıldığı Əfqanıstanda mədən çökmələri tez-tez baş verir.