Futbol üzrə Türkiyə millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, A Liqasının 1-ci qrupunda yer alan “ay-ulduzlular” Belçika yığmasının qonağı olub.

Qarşılaşma ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Belçikalıların heyətində Kevin de Bruyne dubl edib, digər qolu isə Romelu Lukaku vurub.

Bu qrupun digər matçında isə Fransa millisi öz meydanında İtaliya ilə 1:1 hesablı heç-heçə edib.

Qeydə alınan nəticələrdən sonra Fransa yığması 7 xalla qrupa başçılıq edir. Belçika 6 xalla ikinci, İtaliya 4 xalla üçüncüdür. Xalı olmayan Türkiyə millisi isə sonuncu - 4-cü sırada qərarlaşıb.