Belçika cari ilin sonunadək Ukraynaya üç F-16 qırıcı təyyarəsi təhvil verməyi planlaşdırır.

“Unikal” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində məlumat yayıb.

Zelenski bildirib ki, Belçika ilə əldə olunan razılaşmaya əsasən, təyyarələrin təhvil verilməsi sürətləndirilmiş prosedurla həyata keçiriləcək.

Ukrayna Prezidenti ölkəsinin artıq Belçika və digər dövlətlərdən, o cümlədən İspaniyadan F-16 qırıcıları üçün təcili sursat tədarükü aldığını da qeyd edib.