İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-nin ticarət blokadası ilə yanaşı, İrana qarşı hava blokadası tətbiq etdiyini bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb. 

"Ağ Ev rəhbərliyi bilməlidir ki, cəsur İran xalqı hava və ticarət blokadası qarşısında heç vaxt geri çəkilməyəcək. İranın hər cür macəra və zülmə qarşı cavabı onları peşman edəcək və sərt, dəqiq və çevik olacaq".

O, həmçinin İranın neft sata bilməyincə, regiondakı heç bir ölkənin bunu edə bilməyəcəyini təkrarlayıb və xəbərdarlıq edib ki, İranın təhlükəsizliyinə təhdidlər qaldığı müddətcə Yaxın Şərq infrastrukturu üçün də qeyri-sabitlik qalacaq.

Daha əvvəl ABŞ Maliyyə Naziri Skott Bessent 23 sentyabrdan etibarən İran aviaşirkətlərinin sanksiyalar səbəbindən artıq uçuş və ya yerüstü xidmət göstərə bilməyəcəyini açıqlamışdı. Bundan sonra bir neçə ölkə İran aviaşirkətlərindən uçuşları qəbul etməyi dayandırdı.