Konqo Demokratik Respublikasının (KDR) cənub-qərbində təyyarə qəzaya uğrayıb və 13 nəfər ölüb.
"Unikal" xəbər verir ki, qurbanların əksəriyyəti KDR Silahlı Qüvvələrinin zabitləri olub. Onlardan biri yoxlama missiyasında olan KDR Silahlı Qüvvələrinin baş auditoru general-leytenant Lüsen Rena Likulia Bakumi olub. Bütün heyət dünyasını dəyişib.
KDR Silahlı Qüvvələrinin kiçik Let L-410 təyyarəsi Konqonun Kikvit şəhərindən paytaxt Kinşasaya uçurmuş. Kenge şəhəri yaxınlığında pilot texniki problemlər barədə məlumat verib. Daha sonra təcili eniş etməyə cəhd edib.



















































