"Dünyada heç bir hökumət süni intellektin cəmiyyətə gətirəcəyi böyük dəyişikliklərə və risklərə hazır deyil".

"Unikal" xəbər verir ki, bunu "Microsoft" şirkətinin təsisçisi Bill Qeyts deyib. 

Bu yaxınlara qədər süni intellektə nikbin baxan Qeyts mövqeyini dəyişib. O, məşğulluğa təhdidlər, hücumlarla bağlı narahatlıqlar və süni intellekt yoldaşlarından asılılıq təhlükəsi barədə xəbərdarlıq edib. 

Qeyts narahatlıqlarını ABŞ prezidenti Donald Tramp və komandası da daxil olmaqla dünya liderləri ilə bölüşdüyünü və ilin sonlarında Çin prezidenti Si Cinpinlə görüşməyi hədəflədiyini bildirib.

Narahatlıqlarına baxmayaraq, Qeyts və onun fondu süni intellektin varlılarla kasıblar arasındakı uçurumu genişləndirmək əvəzinə, azaltacağına ümid edir.Qeyd olunur ki, fondun illik 9 milyard dollarlıq ümumi xərc planının bir hissəsi olan 1 milyard dollarlıq büdcə təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində çalışan tərəfdaşlara ayrılacaq.

Resurs həmçinin süni intellektin əsaslandığı məlumat təməllərinin qurulmasını dəstəkləməyi, məsələn, böyük dil modellərinin hər bir danışıq dilində işləməsini təmin etməyi hədəfləyir.

Gülayə Mecid