Livan prokurorluğu keçmiş prezident Mişel Aunun 2020-ci ildə Beyrut limanında baş verən partlayışla əlaqədar ittiham olunmasını tələb edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Livan Kassasiya Məhkəməsinin prokuroru Aunun məsuliyyətə cəlb edilməsi üçün istintaqa rəhbərlik edən hakim Tarek Bitara müraciət edib.
Prokurorluq hesab edir ki, keçmiş prezident limanda ammonium nitratının olması barədə əvvəlcədən məlumatlı olub və onun saxlanması üçün təhlükə yaradıb, lakin lazımi tədbirləri görməyib və məsələni Ali Müdafiə Şurasına çatdırmayıb.
İttiham irəli sürülüb-sürülməməsi ilə bağlı son qərar Bitara aiddir. Onun qərarını yaxın həftələrdə verəcəyi gözlənilir. Hakim prokurorun qərarları ilə bağlı deyil və istintaq materiallarını müstəqil şəkildə qiymətləndirmək hüququna malikdir.
Xatırladaq ki, Beyrut limanında partlayış 4 avqust 2020-ci ildə baş verib. 220-dən çox insan həlak olub, 6500-dən çox insan yaralanıb və paytaxtın əhəmiyyətli bir hissəsi dağılıb. Livan hakimiyyətinin məlumatına görə, fəlakətə minlərlə ton ammonium nitratının bir neçə ildir pis şəraitdə saxlanıldığı anbarda baş verən yanğın səbəb olub.
İstintaq altı ildir davam edir və siyasi və hüquqi mübahisələrə görə dəfələrlə dayandırılıb.
Gülayə Mecid






.jpg)






























.jpg)

.jpg)

















