Tanınmış iş adamı, “Naftalan” Sanatoriya-Kurort Birliyinin direktoru Hatəm Qocayev vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə iş adamının üzv  olduğu YAP Naftalan Şəhər Təşkilatı məlumat yayıb. 

H.Qocayev 70 yaşında xəstəlikdən dünyasını dəyişib.

O, 2012-2022-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naftalan şəhər təşkilatının sədri olub. Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayevin atasıdır.