Növbəti iki mövsümdə UEFA Superkuboku uğrunda oyunların keçiriləcəyi məkanlar açıqlanıb.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının qaliblərinin üz-üzə gəldiyi qarşılaşmalar 2027-ci ildə Niderlandın paytaxtı Amsterdamdakı "Yohan Kroyf Arena"da, 2028-ci ildə isə Qazaxıstanın paytaxtındakı "Astana Arena"da təşkil olunacaq.

Qeyd edək ki, 2009-cu ildə istifadəyə verilən "Astana Arena" 30 min tamaşaçı tutumuna malikdir.